GIRAFFE HOMES

Səbət(0)
Yekun məbləğ:
0 ₼
Səbətə bax

Distrak Street 2SK Line, Germanygalore@inside-support.com (+125) 2156-2145

Newsletter

13 aprel, 08:36

Konsol dekorasiya etmək üçün 4 məsləhət

not found

Evlərin vazkeçilməzləri olan konsollar həm əşyalarımızı saxlamaq, həm də qəşəng bir görünüş yaratmaq istədikdə ağlımıza ilk gələn mebellərdəndir. Daha çox qonaq otağında istifadə olunsa da, evin müxtəlif yerlərində konsollara da rast gəlmək mümkündür.

Bəs konsolu necə dekorasiya edək? Hansı dekorariv əşyalardan istifadə edək? Təbii ki, burada önəmli olan hər kəsin öz üslubunu və ruhunu əks etdirməsidir. 

 

1. Böyük Güzgülərdən və Rəsmlərdən Dəstək Alın


Güzgülər, otaqları böyük göstərir. Bunun üçün otaqları kiçik olanların istifadə etməli olduğu dekorativ məhsullar arasındadır. Güzgülərdən əlavə, böyük rəsmlər də konsollarla yaxşı uyğunlaşan aksesuarlardır. Böyük rəsmləri divara asmaq əvəzinə birbaşa konsolda istifadə edə bilərsiniz. Üslub baxımından bəyəndiyiniz rəsmi seçmək lazımdır, lakin abstrakt rəsmlər son zamanların trend rəsm növlərin sayılır. Gözəl sənət əsərinin nümayişi həm də məkana unikal vibe əlavə edə bilər.
 

2. İşıqlandırmadan istifadə etməyi unutmayın


Abajur yalnız konsolunuza dekorativ toxunuş əlavə etmir, həm də məkan üçün funksional işıqlandırma təmin edir. Məkana biraz hava qatmaq üçün klassik dizaynlı işıqlandırma yerinə, xarakterik dizaynlardan dəstək ala bilərsiniz.
 

3. Dekorativ əşyalar, mütləq olmalıdır!


Siz şəxsi üslubunuzu əks etdirən dekorativ obyektləri və aksesuarları nümayiş etdirmək üçün konsoldan ekran sahəsi kimi istifadə edə bilərsiniz. Burada kritik məqam üfüqi və şaquli məhsulların qarışığından istifadə etmək və təsviri balanslı saxlamaq olacaq. Unutmayın, vacib olan simmetrik bir görüntü deyil, balanslaşdırılmış bir görüntüdür.
 

4. Çoxlu Tablo İstifadəsinə Şans Verin!


Öz şəkillərinizdən yaddaş guşəsi yarada bilərsiniz. Və ya müxtəlif kiçik tabloları bir yerə qoya bilərsiniz. Burada əsas olan sizi əks etdirən incə bir məkan yaratmaqdır.